Aİ rəsmisi: Ermənistan Cənubi Qafqazda mühüm tərəfdaşımızdır

Aİ rəsmisi: Ermənistan Cənubi Qafqazda mühüm tərəfdaşımızdır

Ermənistanın Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinin rəhbəri, səfir Tiqran Balayan qurumun Hərbi Komitəsinin sədri general Robert Briger ilə görüşüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.

Qeyd olunub ki, R.Briger Ermənistanın Aİ-nin Cənubi Qafqazda mühüm tərəfdaşı olduğunu bildirib.

Həmsöhbətlər Cənubi Qafqazda və Şərqi Avropada baş verən son hadisələr, regional təhlükəsizlik perspektivləri və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.