Avstriyalı alim: Bir çox ölkələrdə müsəlmanlara qarşı mənfi münasibət var

Avstriyalı alim: Bir çox ölkələrdə müsəlmanlara qarşı mənfi münasibət var

Dünyada son zamanlar baş verən hadisələr bədbinliyə qapılmağa səbəb olan amillərdir.

"Birxeber.Az" xəbər verir ki, bunu Avstriyanın Salzburg Universitetinin sosiologiya və insan coğrafiyası kafedrasının dosenti Volfqanq Ashauer (Wolfgang Aschauer) Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

O bildirib ki, apardıqları araşdırmalara görə müsəlmanlara qarşı münasibət hər ölkədə fərqlidir: "Təxminən 30% ölkədə müsəlmanlara qarşı mənfi münasibət var. İslamofobiya qlobal fenomendir. Dinin cəmiyyətdə rolu kifayət qədər qabardılır. Gənc nəslin gələcəkdə irqçiliyə qarşı mübarizə aparacaq qüvvə olduğuna inanıram".