Avropa İnkişaf və Tədqiqatlar Akademiyasının Baş direktoru: İslamofobiya Avropada ciddi problemdir

Avropa İnkişaf və Tədqiqatlar Akademiyasının Baş direktoru: İslamofobiya Avropada ciddi problemdir

İslamofobiya Avropada aktual problemdir və milyonlarla müsəlmanın həyatına təsir edir.

"Birxeber.Az" xəbər verir ki, bunu Avropa İnkişaf və Tədqiqatlar Akademiyasının (EDARA) Baş direktoru Brahim Laytuss (Belçika) Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Baş direktor qeyd edib ki, belə hallarla mübarizə hərtərəfli yanaşma tələb edir: “Mübarizə müsəlmanların fəal iştirakını, eləcə də hüquq və vəzifə münasibətlərinə düzgün yanaşmanı tələb edir. Avropalı müsəlmanlar islamofobiyadan yaranan təcavüzdən qorunmaq üçün öz hüquqlarından düzgün istifadə etməlidirlər”.

Onun sözlərinə görə, islamofobiya Avropadakı müsəlmanlara müxtəlif formalarda təsir edir: “Müsəlmanlara qarşı populist ritorikaya diqqət yetirməsək və onun mənşəyini tapmasaq, mövcud vəziyyəti təhlil edib islamofobiyaya birdəfəlik son qoya bilməyəcəyik”.