Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıb

Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıb

Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi Kərim Kərimov küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb.

1963-cü il təvvəllüdlü Sadiq Qadir oğlu Əliyevin meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.