Türkiyədə iki avtobus toqquşub, 1 nəfər ölüb, 27 nəfər yaralanıb

Türkiyədə iki avtobus toqquşub, 1 nəfər ölüb, 27 nəfər yaralanıb

Türkiyədə iki avtobus toqquşub, 1 nəfər ölüb, 27 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Qəza ölkənin Bartın bölgəsində baş verib. İşçiləri daşıyan bir mikroavtobus digər servis avtobusu ilə toqquşub. Hadisə yerinə polis, təcili yardım və xilasetmə qrupları cəlb edilib. Qəzanın başvermə səbəbləri araşdırılır.