Saatlı sakini özünü güllələyib - YENİLƏNİB

Saatlı sakini özünü güllələyib - YENİLƏNİB

Ov tüfəngindən açılıan atəş nəticəsində xəsarət alan Saatlı sakini ölüb.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Məzrəli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Mehtiyev Telman Ehtiram oğlunun ov tüfəngi ilə özünü güllələdiyi bildirilir. Saatlı xəstəxanasına yerləşdirilən T. Mehtiyev orda ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

09.33

Saatlı sakini ov tüfəngindən açılan atəşlə yaralanıb.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Məzrəli kəndində qeydə alınıb. Həmin kəndin sakini Telman Mehtiyevin ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası aldığı bildirilir. Yaralı Saatlı xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.