Tulane Universitetinin professoru: ABŞ-da islamofobiya ilə bağlı məlumat çox aşağı səviyyədədir

Tulane Universitetinin professoru: ABŞ-da islamofobiya ilə bağlı məlumat çox aşağı səviyyədədir

ABŞ-da islamofobiya ilə bağlı məlumat çox aşağı səviyyədədir.

Birxeber.Az xəbər verir ki, bunu Tulane Universitetinin (ABŞ) Siyasət üzrə professoru Raymond Casimer Taras Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirə zamanı deyib.

"İslamofobiyaya rəcav verən daxili amillərə mütləq nəzər yetirilməlidir. İslamofobik düşüncəyə şərait yaradan, bir növ, ona səbəb olmanın kökündə yenə də yanlış siyasət özünü göstərir. Yəni fəlsəfi olaraq, bu hallar islamofobiyanın dərin laylara keçməsinə, irqçi hərəkatların formalaşmasına, yayılmasına vüsət verir", - professor əlavə edib.

Raymond Casimer Taras XXI əsrdə artıq klassik liberalizmin öz mahiyyətini itirdiyini vurğulayaraq fikirlərini tamamlayıb.