ABŞ-nin sabiq dövlət katibi Trampla çalışacağını istisna etməyib

ABŞ-nin sabiq dövlət katibi Trampla çalışacağını istisna etməyib

ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo sabiq ABŞ prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələrsə, onun administrasiyasına qayıdacağını istisna etməyib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə siyasətçi “Fox News” telekanalında bildirib.

“Mən adətən mənə təklif olunmayan vəzifələr barədə şərh vermirəm, lakin Trampın rəhbərliyi altında xidmət etmək şansım olsa və hazırkı vəziyyətdə dəyişiklik edə biləcəyimi hiss etsəm, yəqin ki, bəli deyəcəyəm”, - o bildirib.