Alpinistlərdən Everestə qalxarkən çip taxmaq tələb olunur

Alpinistlərdən Everestə qalxarkən çip taxmaq tələb olunur

Nepal hökuməti xilasetmə əməliyyatlarını asanlaşdırmaq üçün alpinistlərin Everest zirvəsinə qalxarkən çip taxmasını məcburi edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin turizm departamentinin direktoru Rakeş Qurunq bildirib.

“Bu çiplər xilasetmə əməliyyatlarını asanlaşdırmağa kömək edəcək. Onlardan əvvəllər Nepalın müxtəlif qurumları tərəfindən istifadə edilib, lakin onların taxılması məcburi deyildi, bu mövsümdən etibarən Everest dağını fəth etmək istəyənlər üçün məcburidir”, - R.Qurunq bildirib.

Onun sözlərinə görə, hökumət artıq bu qaydanı Nepaldakı digər zirvələrə də şamil etməyi planlaşdırır.