Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri: Dini və irqi ayrı-seçkilik ən böyük ikili standartlardır

Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri: Dini və irqi ayrı-seçkilik ən böyük ikili standartlardır

Məqsədimiz İslam əqidəsini Almaniyada təbliğ etmək və dəstək göstərməkdir.

"Report" xəbər verir ki, bunu Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mazyek Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, dini və irqi ayrıseçkilik ən böyük ikili standartlardır: "Qurani-kərimin xaricdə yandırılması əslində dini və əqidə azadlığına qarşı atılan addımdır. Təəssüf ki, Avropada buna qarşı cəza yoxdur. Təsəvvür edin xristian ölkələrinə məxsus hər hansı kitab yandırılsa nə baş verərdi? Belə hadisələr bizə qarşı baş verdikdə islam terrorizmi kimi qələmə verilir".