Saatlıda güllələnmə hadisəsi baş verib

Saatlıda güllələnmə hadisəsi baş verib

Saatlıda güllələnmə hadisəsi baş verib.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Məzrəli kəndində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan bir nəfər güllə yarası ilə Saatlı rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Hazırda ona tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.