Ötən il Azərbaycanda “Mastercard” və “Visa” kartları ilə əməliyyatların həcmi - 85 mlrd. manatı ötüb

Ötən il Azərbaycanda “Mastercard” və “Visa” kartları ilə əməliyyatların həcmi  - 85 mlrd. manatı ötüb

2023-cü ildə Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə 85 milyard 696.6 milyon manatlıq əməliyyatlar həyata keçirilib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan ümumi əməliyyatların 65.2%-i “Visa” kartlarının, 33.9%-i “Mastercard”larının, 0.7%-i lokal kartların vasitəsi ilə, 0.2%-isə digər kartlarla aparılıb. Belə ki, hesabat dövründə “Visa” katları ilə 55 milyard 891.1 milyon manat, “Mastercard”larla 29 milyard 126.5 milyon manat, Lokal kartlarla isə 610,98 milyon manat həcmində əməliyyatlar aparılıb. Bu dövrdə ölkədə “American Express” kartlarla 64.9 milyon manatlıq əməliyyarlar aparılıb.