Ceyhun Bayramov norveçli həmkarını Ermənistanın yaratdığı mina təhlükəsi ilə bağlı məlumatlandırıb

Ceyhun Bayramov norveçli həmkarını Ermənistanın yaratdığı mina təhlükəsi ilə bağlı məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində Norveç Krallığının xarici işlər naziri Anniken Huitfeldt ilə görüşüb, onu Ermənistandan gələn mina təhlükəsi ilə bağlı məlumatlandırıb.

Bu barədə "Birxeber.Az"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regional və beynəlxalq vəziyyət müzakirə olunub.

C.Bayramov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən 30 il ərzində müxtəlif istiqamətlərdə, xüsusilə də energetika, neft və qaz sənayesinin inkişafı sahəsində münasibətlərin inkişaf etdiyini bildirib.

Nazir, həmçinin post-münaqişə dövründə regional vəziyyət, Azərbaycanın bölgədə sülh və quruculuq səyləri, Ermənistan tərəfinin təxribatları, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb.

Nazir Anniken Huitfeldt cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirlərin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verdiyini qeyd edib. Nazir Anniken Huitfeldt, Norveçin bölgədə sülh və təhlükəsizliyə qarşı təhdid törədən gərginliyin azaldılması, sülhün bərqərar olunması istiqamətində səyləri alqışladığını vurğulayıb. Bu xüsusda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyi ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici siyasət Xarici siyasət
Britaniya səfiri Azərbaycan hərbçisinin Kəlbəcərdə minaya düşərək şəhid olması ilə bağlı başsağlığı verib

Britaniya səfiri Azərbaycan hərbçisinin Kəlbəcərdə minaya düşərək şəhid olması ilə bağlı başsağlığı verib

Xarici siyasət Xarici siyasət
Qazaxıstan Prezidenti: “Heydər Əliyev müasir Azərbaycanın memarıdır”

Qazaxıstan Prezidenti: “Heydər Əliyev müasir Azərbaycanın memarıdır”

Xarici siyasət Xarici siyasət
AHİK Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat yayıb

AHİK Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat yayıb

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Hulusi Akarı qəbul edib, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri müzakirə olunub

İlham Əliyev Hulusi Akarı qəbul edib, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri müzakirə olunub

Xarici siyasət Xarici siyasət
Türkiyənin XİN başçısı Azərbaycan xalqını təbrik edib

Türkiyənin XİN başçısı Azərbaycan xalqını təbrik edib

Xarici siyasət Xarici siyasət
Erməni deputat: "Sülh sazişinin mətni üzərində danışıqlar gedir, Azərbaycanla münasibətləri tənzimləmək istəyirik"

Erməni deputat: "Sülh sazişinin mətni üzərində danışıqlar gedir, Azərbaycanla münasibətləri tənzimləmək istəyirik"

Xarici siyasət Xarici siyasət
Ankarada Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçirilib

Ankarada Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçirilib

Xarici siyasət Xarici siyasət
İlham Əliyev: "Qardaş Qırğızıstanla dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət veririk"

İlham Əliyev: "Qardaş Qırğızıstanla dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət veririk"

Xarici siyasət Xarici siyasət
Milli Məclisin sədri: "Ermənistan regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir"

Milli Məclisin sədri: "Ermənistan regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir"

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığı yüksək qiymətləndirib

Prezident İlham Əliyev Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığı yüksək qiymətləndirib

Xarici siyasət Xarici siyasət
Azərbaycanın Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb 

Azərbaycanın Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb 

Xarici siyasət Xarici siyasət
Azərbaycanlı diplomatın TDT-dəki missiyası başa çatıb

Azərbaycanlı diplomatın TDT-dəki missiyası başa çatıb