İstanbulda avtobusla maşın toqquşub, altı nəfər xəsarət alıb

İstanbulda avtobusla maşın toqquşub, altı nəfər xəsarət alıb

İstanbulda minik avtomobili ilə avtobus toqquşub.

APA xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Hadisə Sultanbeyli rayonunda qeydə alınıb.

Zərbənin şiddətindən avtomobildə olan 4 nəfər və avtobusda olan 2 sərnişin xəsarət alıb.

Bu vaxt yaralılardan biri avtomobildə sıxışıb qalıb.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları avtomobildə sıxışıb qalan şəxsi xils ediblər.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.