Zelenski Rusiya tərəfindən həbs edilən Krım tatarlarının siyahısını Ərdoğana verib

Zelenski Rusiya tərəfindən həbs edilən Krım tatarlarının siyahısını Ərdoğana verib

Vladimir Zelenski Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən həbs edilən Krım tatarlarının siyahısını verib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Ukrayna Prezidenti İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutan görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, həbs edilən tatarların sayı getdikcə artır və hələ də onların Ukraynaya dönmələri üçün səylər nəticə verməyib. Zelenski Türkiyə Prezidentinin bu məsələdə yardım edə biləcəyinə ümid etdiyini vurğulayıb.