Azərbaycan Kuboku: "Neftçi" və "Xəzri" klubları yarımfinala yüksəliblər

Azərbaycan Kuboku: "Neftçi" və "Xəzri" klubları yarımfinala yüksəliblər

"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.

"Report"un məlumatına görə, günün ilk görüşündə "Neftçi" 82:71 hesabı ilə "Cəlilabad"ı məğlub edib.

Bu qələbə ilə "Neftçi" qrupdan çıxmağı təmin edib. Ən məhsuldar basketbolçular "Neftçi"dən Ceyms Haforn (17 xal, 7 ribaund), "Cəlilabad"dan Rişon Conson (18 xal, 6 ribaund) olublar.

Günün ikinci oyununda qrupun lideri "Xəzri" "Xırdalan"a 75:64 hesabı ilə qalib gələrək kubokun yarımfinalına vəsiqəni təmin edib. Ən məhsuldar basketbolçular "Xırdalan"dan Cakori Arçi (21 xal, 8 ribaund), "Xəzri"dən Ceremi Maklaflin (22 xal, 17 ribaund) olublar.

Qeyd edək ki, A qrupunu lider tamamlamaq uğrunda oyun,"Xəzri" və "Neftçi" klubları arasında baş tutacaq.