Naxçıvan polisi qadın sürücüləri təbrik edib

Naxçıvan polisi qadın sürücüləri təbrik edib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qadın sürücüləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, polislər xanım sürücülərin idarə etdiyi avtomobilləri saxlayaraq sükan arxasında əyləşən zərif cinsin nümayəndələrinə gül dəstələri təqdim edib, onlara əlamətdar gün münasibətilə təbriklərini çatdırıblar.

Bayram münasibətilə piyada xanımlara da yol polis əməkdaşları tərəfindən gül dəstələri təqdim edilib.