Türkiyə Rusiyanın da iştirak edəcəyi sülh sammitinə ev sahibliyi edə bilər - FOTO

Türkiyə Rusiyanın da iştirak edəcəyi sülh sammitinə ev sahibliyi edə bilər - FOTO

Türkiyə Rusiyanın da iştirak edəcəyi sülh sammitinə ev sahibliyi etməyə hazırdır.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ukraynalı həmkarı Vladimir Zelenski ilə baş tutan görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə müharibənin dayandırılması üçün əlindən gələni edir. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin bütün dünya üçün mənfi təsirləri daha da artır.

Ərdoğan həmçinin Türkiyənin Krım tatarlarına dəstəyini davam etdirəcəyini də vurğulayıb.