Türkiyə Prezidenti İstanbulda Volodimir Zelenski ilə görüşüb

Türkiyə Prezidenti İstanbulda Volodimir Zelenski ilə görüşüb

Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibənin hazırki gedişatı, Taxıl Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə sülh barədə ətraflı müzakirələr aparılıb.

Zelenski “X” hesabında bildirib ki, hər iki ölkə Qara dənizdə bütün regionun qlobal ərzaq təhlükəsizliyini dəstəkləyir. Onun sözlərinə görə, ölkəsi Türkiyə müdafiə şirkətləri ilə ikitərəfli əməkdaşlığın və birgə istehsalın gücləndirilməsində maraqlıdır.

Xatırladaq ki, Ukrayna Prezidenti son dəfə ötən il iyulun 7-də Türkiyəyə səfər edib.