Niderland Qırmızı dənizə freqat göndərəcək

Niderland Qırmızı dənizə freqat göndərəcək

Niderland Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün missiyaya qoşulacaq və ora freqat göndərəcək.

“Report” xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin saytında məlumat verilir.

Söhbət Niderland Hərbi Dəniz Qüvvələrinin “Zr. Ms. Tromp” freqatından gedir.

Qeyd olunub ki, hava hücumundan müdafiə freqatı gəmilərin dənizdə təhlükəsizliyini və sərbəst keçidini təmin etməyə kömək etməlidir.

Niderland həmçinin Qırmızı dənizə çoxfunksiyalı dəstək gəmisi “Zr. Ms. Karel Doorman”ı da göndərməyi düşünür.

Daha əvvəl məlum olub ki, Husi üsyançılarının Qırmızı dənizdə gəmiləri atəşə tutması səbəbindən Süveyş kanalının gəlirləri 2022-2023-cü maliyyə ilində rekord göstərici olan 9,4 milyard dollarla müqayisədə 55% azalıb.