Ukrayna MDB-nin daha iki sazişindən çıxıb

Ukrayna MDB-nin daha iki sazişindən çıxıb

Ukrayna MDB-nin Silahlı Qüvvələr və Sərhəd Qoşunları haqqında sazişindən çıxıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Radasının deputatı Aleksey Qonçarenko məlumat verib.

Onun sözlərinə görə, 1991-ci il dekabrın 30-da Minskdə imzalan qərardan imtina Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarus, Suriya ilə, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir.