Ərdoğan Zelenski ilə Rusiya-Ukrayna müharibəsinin gedişini müzakirə edir

Ərdoğan Zelenski ilə Rusiya-Ukrayna müharibəsinin gedişini müzakirə edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü başlayıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, görüş İstanbuldakı Dolmabaxça İş Ofisində keçirilir.

Görüş zamanı Ukrayna ilə Rusiya arasında davam edən müharibənin gedişi, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi, bölgədə daimi sülh təşəbbüslərinin müzakirə edilməsi nəzərdə tutulub.