Azərbaycanın müdafiə naziri Selçuk Bayraktar ilə görüşüb

Azərbaycanın müdafiə naziri Selçuk Bayraktar ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində qardaş ölkənin müdafiə sənayesi kompleksinə daxil olan “Baykar” şirkətinin texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi texniki sahədə də uğurla inkişaf etdiyi vurğulanıb, cari əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sonda tərəflər arasında birgə təkmilləşdirmə, inkişaf və istehsalata dair əməkdaşlıq müqaviləsi imzalanıb.