Məhəmməd Bəşər Ərəfat: İslamofobiya ilə mübarizə üzrə Bakı konfransında mühüm məsələlərə toxunulur

Məhəmməd Bəşər Ərəfat: İslamofobiya ilə mübarizə üzrə Bakı konfransında mühüm məsələlərə toxunulur

İslamofobiya ilə bağlı problemləri həll etmək üçün təkcə müzakirələrə deyil, həm də xüsusi təlimlərə ehtiyac var.

Bu barədə “Report”a açıqlamasında ABŞ-də fəaliyyət göstərən Sivilizasiya Mübadiləsi və Əməkdaşlıq Fondunun təsisçisi və prezidenti Məhəmməd Bəşər Ərafat (Mohamad Bashar Arafat) bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda təşkil olunan konfrans digər müsəlman ölkələrində islamofobiya mövzusunda analoji tədbirlər keçirilmədiyi üçün mühüm əhəmiyyət kəsb edir: “Bu konfrans diqqətdən kənarda qalmamalı olan mühüm bir məsələni ön plana çıxarır. İslamofobiya ilə mübarizə mövzusu ABŞ, Avropa, Afrika daxil olmaqla bütün dünyada aktualdır”.

M.B.Ərəfat sosial şəbəkələrdə də islamofobiya ilə mübarizəyə dair layihələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib.