Samirə Əhməd: İslamofobiyanın təzahürləri müsəlman tələbələrin mental sağlamlığına mənfi təsir göstərir

Samirə Əhməd: İslamofobiyanın təzahürləri müsəlman tələbələrin mental sağlamlığına mənfi təsir göstərir

İslamofobiyanın təzahürləri müsəlman tələbələrin mental sağlamlığına mənfi təsir göstərir.

“Report” xəbər verir ki, bunu Ailə və Gənclər İnstitutunun (ABŞ) icraçı direktoru Samirə Əhməd Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” beynəlxalq konfransı çərçivəsində keçirilən plenar iclasda deyib.

“Müsəlman tələbələr özlərinə qarşı fərqli davranıldığını hiss edirlər və bu, gündəlik olaraq mikroaqressiya şəklində özünü göstərir. Buraya onların akademik göstəriciləri haqqında qeyri-dəqiq məlumatlar, qabiliyyətləri haqqında irəli sürülən fərziyyələr və stereotiplər, müəyyən mövzular üzrə mühakimələrin obyektivliyinə şübhə ilə yanaşmaq daxildir”, - o vurğulayıb.

S.Əhməd əlavə edib ki, nəticədə kollec tələbələri akademik məkanlarda ehtiyatlı davranmağa məcbur olur, müzakirələrdə fikirlərini tamamilə açıq şəkildə ifadə edə bilmirlər.