"Formula 1" pilotu səhhətinə görə Səudiyyə Ərəbistanı Qran-prisini buraxacaq

"Formula 1" pilotu səhhətinə görə Səudiyyə Ərəbistanı Qran-prisini buraxacaq

"Ferrari" komandasının pilotu Karlos Sayns "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisini səhhətində problem yarandığı üçün buraxacaq.

"Birxeber.Az"un "BBC Sport"a istinadən məlumatına görə, həkimlər tərəfindən appendisit diaqnozu qoyulan 29 yaşlı pilotu 19 yaşlı ehtiyat sürücü Oliver Birman əvəz edəcək.

Saynsın son iki gündə sınaq yarışları zamanı vəziyyəti pisləşib. O, tezliklə əməliyyat olunacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qran-prisi martın 9-da, saat 21:00-da Ciddə şəhərində keçiriləcək.