Qətər Universitetinin dosenti: İslamofobiya sivilzasiyaların harmoniya içində yaşamasına maneədir

Qətər Universitetinin dosenti: İslamofobiya sivilzasiyaların harmoniya içində yaşamasına maneədir

İslamofobiya sivilzasiyaların harmoniya içində yaşamasına maneədir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Qətər Universitetinin Din və Sivilizasiya Araşdırmaları üzrə dosenti Badrane Benlahcene Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə" adlı plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, burada qeyri-reasionallıq, təhqir və ayrı-seçkilik meydana çıxır: "Bu baxımdan dini liderlər, qərar vermək səlahiyyəti olan şəxslər və tədqiqatçıların birgə fəaliyyəti sözügedən problemin həllinə kömək edə bilər. İslamofobiya islamın bütövlükdə obrazını təhrif edərək müsəlmanlara olan yanaşmanı dəyişdirib. Onlar islamla bağlı barbar, şişirdilmiş, vəhşi obrazdan istifadə edirlər. Bütün bunlar ümumilikdə böhran vəziyyətinin yaranmasına gətirməklə müsəlman dünyasına böyük zərər vurur. Problemdən çıxış yolu isə məhz çoxvektorlu təhsildədir. Belə ki, təhsil perspektivdə islamofobiyaya qarşı mübarizə apara bilər".

B.Benlahcene bildirib ki, qlobal dünyada islamın obrazı həqiqi terminlərlə anılmalı və sivilzasiyalar sülh içində yaşamalıdır: "Dünya ölkələr vasitəsilə bir-birinə bağlıdır və eyni zamanda zənzirvari təsir gücünə malikdir. Düşünürəm ki, problemin həllində təhsil vasitəsilə yaradılan dialoqlarla müsbət nəticələr əldə edə bilərik".