Muhəmməd Abdur Rabbani: Azərbaycan islamofobiya ilə mübarizəyə sadiqliyini dəfələrlə göstərib

Muhəmməd Abdur Rabbani: Azərbaycan islamofobiya ilə mübarizəyə sadiqliyini dəfələrlə göstərib

Azərbaycan islamofobiya ilə mübarizəyə sadiqliyini dəfələrlə göstərib.

Bu barədə “Birxeber.Az”a açıqlamasında Böyük Britaniyanın CAGE İnternational təşkilatının icraçı direktoru Muhəmməd Abdur Rabbani bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans qlobal çağırışla mübarizəyə hazır olan insanlar üçün platformaya çevrildiyinə görə vacibdir:

“Mən bir çox beynəlxalq konfranslarda iştirak etmişəm və deyə bilərəm ki, çox vaxt onlar effektiv olurlar. Lakin nəticələrə hər zaman dərhal nail olmaq alınmır. Bunun üçün vaxt lazım olur”.