Nikelin qiyməti 4 aylıq maksimumu yeniləyib

Nikelin qiyməti 4 aylıq maksimumu yeniləyib

Dünya bazarında - London Metal Birjasında (LME) nikelin 1 tonunun qiyməti ötən il noyabrın 9-dan bəri ilk dəfə 18 min ABŞ dollarını keçib.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, metalın qiyməti 0,72 % artaraq 18 020 ABŞ dolları təşkil edib, sonradan isə 17 980 ABŞ dollarına düşüb.