Pakistan təmsilçisi: İslamofobiyanı aradan qaldırmaq üçün İslamın həqiqi mahiyyətini öyrətməliyik

Pakistan təmsilçisi: İslamofobiyanı aradan qaldırmaq üçün İslamın həqiqi mahiyyətini öyrətməliyik

İslamofobiyanı təhsillə aradan qaldırmaq üçün tələbələrə İslamın həqiqi mahiyyətini öyrətməliyik.

“Birxeber.Az” xəbər verir ki, bunu “Müsəlman İnstitutu" Mərkəzinin (Pakistan) sədri Sultan Əhməd Əli (Sultan Ahmad Ali) Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə" adlı plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bunun üçün ilk növbədə ölkələrdə sufi tədrisini təlqin etmək lazımdır.

“Əvvəllər islamofobiya ilə bağlı danışarkən belə bir arqument göstərirdilər ki, islamla bağlı tədrisin olmaması mövcud problemlərə rəvac verib. Ancaq sonrada tədrisə başlanıldı və islam kontekstində şiddətlərin sayında da artım müşahidə edildi, sanki bir xof yarandı. İndi isə tədrisin mahiyyətində dəyişiklik təklif edirik. İslamofobiyaya qarşı mübarizə apararkən tədrisdə sufiliyə diqqət edilməli, onun mahiyyəti detallı açıqlanmalıdır”, - deyə S.Ə.Əli əlavə edib.