"Qalatasaray"ın sabiq oyunçusu Türkiyə klubuna baş məşqçi təyin olunub

"Qalatasaray"ın sabiq oyunçusu Türkiyə klubuna baş məşqçi təyin olunub

"Qalatasaray"ın sabiq oyunçusu Səlcuk İnan Türkiyənin "Qaziantep" klubuna baş məşqçi təyin olunub.

"Birxeber.Az"un klubun rəsmi səhifəsinə istinadən məlumatına görə, 39 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

S.İnan 2020-22-ci illərdə "Qalatasaray"da köməkçi məşqçi, 2022-23-cü illərdə isə "Kasımpaşa"da baş məşqçi kimi fəaliyyət göstərib.