"Bayer 04"ün futbolçusu: "Qarabağ" qələbə qazana da bilərdi

"Bayer 04"ün futbolçusu: "Qarabağ" qələbə qazana da bilərdi

"Qarabağ" matça çox yaxşı hazırlaşmışdı. Hətta qələbə qazana da bilərdilər.

"Report" xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" - "Bayer" matçından sonra qonaqların üzvü Florian Virtz almaniyalı jurnalistlərə açıqlamasında bildirib.

Almaniya millisinin üzvü Ağdam təmsilçisinin çox inamlı oynadığını vurğulayıb: "Qarabağ" ilk hissədə möhtəşəm oyun sərgilədi. Layiq olduqları 2 qolu vurdular. İkinci hissədə şanslarımızdan istifadə etdik. Son dəqiqələrdə qələbə qolunu da vura bilərdik".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.