Sudanın müvəqqəti işlər vəkili: Qərb dövlətlərində islamofobiya tendensiyası ildən-ilə yüksəlir

Sudanın müvəqqəti işlər vəkili: Qərb dövlətlərində islamofobiya tendensiyası ildən-ilə yüksəlir

Qərb dövlətlərində islamofobiya tendensiyası ildən-ilə yüksəlir.

Bu barədə "Report"a açıqlamasında Sudanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Mustafa Əbdül Halim Mahmud deyib.

O, Bakıda ikinci dəfə keçirilən islamofobiya ilə mübarizə tədbirində iştirak etməkdən böyük qürur hissi keçirdiyini bildirib: "Müxtəlif müsəlman ölkələrindən olan bütün iştirakçıları bir daha islamofobiya ilə mübarizə üçün toplayan təşəbbüsə görə Azərbaycan hökumətinə minnətdaram".

Diplomat vurğulayıb ki, xüsusilə Qərb dövlətlərində islamofobiya tendensiyası ildən-ilə yüksəlir: "Bu da ciddi narahatlıq doğurur. Fikrimcə, Azərbaycan islamofobiyaya qarşı müqavimət göstərmək istiqamətində böyük işlər görür. Azərbaycan hökumətinin çoxlu maraqlı təşəbbüsləri var, xüsusilə də Qoşulmama Hərəkatına sədrliyi dövründə faydalı təşəbbüslərlə çıxıb edib. Bu il islamofobiya ilə mübarizə tədbirinin iştirakçılarının sayı keçən illə müqayisədə azı iki dəfə artıb. Ona görə də Azərbaycanı uğurlu təşkilatçılığa, konfransa görə təbrik edirəm".