"Qarabağ"ın oyunçusu Avropa Liqasında həftənin rəmzi komandasına düşüb

"Qarabağ"ın oyunçusu Avropa Liqasında həftənin rəmzi komandasına düşüb

"Qarabağ"ın oyunçusu Yassin Benziya UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra açıqlanan rəmzi komandaya düşüb.

"Birxeber.Az"un məlumatına görə, həftənin rəmzi komandası "Sofa Score" tərəfindən hazırlanıb.

8 balla qiymətləndirilən Benzia "Bayer 04"ə qarşı matçda 1 qolla yadda qalıb. "Qarabağ"ın üzvü "Roma"dan Stefan El-Şaaravi, "Benfika"dan Anxel Di Mariya, "Liverpul"dan Aleksis Makallisterlə birlikdə mövqeyinin ən yaxşılarından olub.

Qapıçı: Noa Atubolu ("Frayburq")

Müdafiəçilər: Evan Ndikka ("Roma"), Şansel Mbemba ("Marsel"), Canluka Mançini ("Roma")

Yarımmüdafiəçilər: Yassin Benzia ("Qarabağ"), Stefan El-Şaaravi ("Roma"), Aleksis Makallister ("Liverpul"), Anxel Di Mariya ("Benfika")

Hücumçu: Pyer-Emerik Obameyanq ("Marsel"), Canluka Skamakka ("Atalanta"), Darvin Nunyes ("Liverpul")

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.