Britaniya nümayəndəsi: Azərbaycan islamofobiya xərçənginə qarşı mübarizədə mühüm addımlar atır

Britaniya nümayəndəsi: Azərbaycan islamofobiya xərçənginə qarşı mübarizədə mühüm addımlar atır

Azərbaycan islamofobiya xərçənginə qarşı mübarizədə mühüm addımlar atır.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Srebrenitsanı xatırlama təşkilatının sədri və “Badger” Sağlamlıq Qrupunun baş icraçı direktoru Vəqaruzzaman Əzmi (Waqaruzzaman Azmi) Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Multikulturalizm, İslam və Sivilizasiyalar toqquşması Nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” adlı plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın yanlış ideologiyaya qarşı mübarizəyə başlaması və buna öncüllük etməsi çox vacibdir: "Azərbaycan bu cür tədbirlər keçirib islamofobiya xərçənginə qarşı mübarizə aparır. Bu baxımdan Azərbaycanı təbrik edirəm".

V.Əzmi bildirib ki, hazırda bəzi yerlərdə müsəlmanlar qeyri-insan kimi qələmə verilir və bu da böyük problemdir: “İslamofobiyanı əvvəllər dövlətlər idarə edir, tarixi saxtalaşdırmağa çalışırdılar və bu ideologiya insanları öldürməyə çağırırdı. Biz heç bir vəchlə ona akademik məsələ kimi baxa bilmərik. Bunun köklərində daha dərin mənalar və onlarla mübarizə aparmalıyıq”.