Baş direktor: İslamofobiya epidemiya kimi yayılır

Baş direktor: İslamofobiya epidemiya kimi yayılır

İslamofobiya xroniki olaraq, müxtəlif templərdə özünü biruzə verir, epidemiya kimi yayılır.

APA xəbər verir ki, bunu İslam tarixi, incəsənəti və mədəniyyəti üzrə tədqiqat mərkəzinin baş direktoru Mahmut Erol Kılıç Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirəsi zamanı deyib.

O, islamofobiyanın sosial müayinəsinin cərəyan edən hadisələrlə həmahəng olmalı olduğunu əlavə edib.

"İslamofobiya dünyada qlobal çağırışlardan biri olmalıdır. Bu mövzu, əfsuslar olsun ki, əhatəli, tamlıq ehtiva edən formada tədqiq edilməyib. Doğrudur, müəyyən fikirlər var, amma bunlar, sözsüz, tamlıq ifadə etmir".

Baş direktor müsəlman cəmiyyətinin kifayət qədər potensiala malik olduğunu deyib:

"Quran bizə nə deyir? Deyir ki, Allahın müjdəçiləri arasında fərq qoyulmalı deyil".

Ekspert mənəvi düşüncə baxımından Azərbaycan ədəbiyyatının görkəmli şəxslərinin adını çəkib:

"Biz Azərbaycan tarixinə baxaq, Nizamidə, Füzulidə mütəfəkkir fikirlər özünü göstərir. Onların müdrik düşüncələri bu yöndə kifayət qədər genişdir".