Britaniyadan olan nümayəndə: İslamofobiya ilə mübarizə üçün qlobal strategiya lazımdır

Britaniyadan olan nümayəndə: İslamofobiya ilə mübarizə üçün qlobal strategiya lazımdır

İslamofobiya ilə mübarizə üçün qlobal strategiya lazımdır.

Birxeber.Az xəbər verir ki, bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində "Multikulturalizm, İslam və Sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanı yenidən düşünmək" adlı paneldə "Britaniyada Srebrenitsanın xatırlanması" QHT-sinin sədri Vaqaruzzaman Azmi çıxışında deyib:

"Belə bir mühüm tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirəm. Bu gün islamofobiya qlobal bir təhdidə çevrilib. İslamofobiyanın kökündə dayanan isə müsəlmanlara qarşı soyqırımıdır, onların əmlakının talanması, tarixin saxtalaşdırılması, müsəlmanların qeyri-insan kimi təqdim edilməsidir. Bu gün bunlar Hindistanda, Yaxın Şərqdə gördüyümüz hallardır".

O, Bosniyada baş verənləri, oradakı müsəlmanların başına gətirilənləri xatırladıb.

Britaniyadan olan nümayəndə deyib ki, İslamofobiya qlobal problem olduğu üçün onunla mübarizədə də qlobal strategiya lazımdır. O əlavə edib ki, Azərbaycan İslamofobiya ilə mübarizədə resurslarını səfərbər edir, qlobal strategiyaya qoşulur.