DÇ-2022: Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıb

DÇ-2022: Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıb

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

"Birxeber.Az"un məlumatına görə, Cənubi Amerika təmsilçisi buna C qrupunun sonuncu - 3-cü turunda Polşa yığmasını 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Görüşdə hər iki qol 2-ci hissədə vurulub. 46-cı dəqiqədə Aleksis Makallister, 68-ci dəqiqədə isə Xulian Alvares fərqlənib.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Argentina millisi qrup birincisi kimi pley-offa adlayıb və Avstraliyaya rəqib olub.

Bu qrupdan çıxan digər kollektiv isə Polşa millisi olub. Avropa təmsilçisi Meksika ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə (2:2) Cənubi Amerika kollektivini (2:3) üstələyib və 1/8 finala adlayıb. Avropa təmsilçisi bu mərhələdə Fransa ilə qarşılaşacaq.

00:28

Qətərdə keçirilən dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyununda hesab dəyişib.

"Birxeber.Az"un məlumatına görə, Cənubu Amerika təmsilçisi 2-ci qolu avropalıların qapısından keçirib. 68-ci dəqiqədə Xulian Alvares fərqlənib.

00:07

Qətərdə keçirilən dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyununda hesab açılıb.

"Birxeber.Az"un məlumatına görə, 46-cı dəqiqədə fərqlənən Aleksis Makallister Cənubi Amerika təmsilçisini önə keçirib.

00:05

Qətərdə keçirilən dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyununda 2-ci hissə başlayıb.

"Birxeber.Az"un məlumatına görə, ilk yarıdan sonra hesab açılmayıb. 39-cu dəqiqədə Cənubi Amerika təmsilçisinin kapitanı Lionel Messi penaltini dəqiq yerinə yetirə bilməyib.

23:48

Qətərdə keçirilən dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyununda ilk hissə başa çatıb.

"Birxeber.Az"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb. 39-cu dəqiqədə Cənubi Amerika təmsilçisinin kapitanı Lionel Messi penaltidən yararlana bilməyib.

23:00

Qətərdə keçirilən dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyunu başlayıb.

"Birxeber.Az"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

21:50

Qətərdə keçirilən dünya çempionatının C qrupunun III turunda üz-üzə gələcək Polşa və Argentina yığmalarının start heyətləri açıqlanıb.

"Birxeber.Az"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Pyotr Zelinski, Karol Sviderski

Argentina: Emiliano Martines, Nikolas Otamendi, Nauel Molina, Markos Akunya, Xulian Alvares, Rodriqo de Paul, Entso Fernandes, Kristian Romero, Aleksis Makallister, Anxel Di Mariya, Lionel Messi

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu olub

Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu olub

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Fransa - Mərakeş oyununda ilk hissə başa çatıb

DÇ-2022: Fransa - Mərakeş oyununda ilk hissə başa çatıb

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Hakimlərin gəlirləri bəlli olub

DÇ-2022: Hakimlərin gəlirləri bəlli olub

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Danimarka və Tunisin start heyətləri açıqlanıb

DÇ-2022: Danimarka və Tunisin start heyətləri açıqlanıb

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Yaponiya və Xorvatiya yığmaları start heyətini açıqlayıblar

DÇ-2022: Yaponiya və Xorvatiya yığmaları start heyətini açıqlayıblar

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Bu gün 1/8 final mərhələsinə start veriləcək

DÇ-2022: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Niderland millisi Seneqala qalib gəlib

DÇ-2022: Niderland millisi Seneqala qalib gəlib

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Danimarkaya qalib gələn Fransa qrupdan çıxmağı təmin edib

DÇ-2022: Danimarkaya qalib gələn Fransa qrupdan çıxmağı təmin edib

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Braziliyalı futbolçular qələbəni Peleyə həsr ediblər

DÇ-2022: Braziliyalı futbolçular qələbəni Peleyə həsr ediblər

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Bu gün qrup mərhələsinə yekun vurulacaq

DÇ-2022: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
Fransa millisində ciddi itki: Zədəli futbolçunu qardaşı əvəzləyib

Fransa millisində ciddi itki: Zədəli futbolçunu qardaşı əvəzləyib

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
İspaniya millisi dünya çempionatları tarixində yeni rekorda imza atıb

İspaniya millisi dünya çempionatları tarixində yeni rekorda imza atıb