DÇ-2022: Polşa - Argentina oyununda ilk hissə başa çatıb
Qətərdə keçirilən dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb. 39-cu dəqiqədə Cənubi Amerika təmsilçisinin kapitanı Lionel Messi penaltidən yararlana bilməyib.
Qətərdə keçirilən dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Qətərdə keçirilən dünya çempionatının C qrupunun III turunda üz-üzə gələcək Polşa və Argentina yığmalarının start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:
Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Pyotr Zelinski, Karol Sviderski
Argentina: Emiliano Martines, Nikolas Otamendi, Nauel Molina, Markos Akunya, Xulian Alvares, Rodriqo de Paul, Entso Fernandes, Kristian Romero, Aleksis Makallister, Anxel Di Mariya, Lionel Messi
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.