"Bayer 04"ün kapitanı: İlk hissədə nə baş verdiyini anlaya bilmədik

"Bayer 04"ün kapitanı: İlk hissədə nə baş verdiyini anlaya bilmədik

İlk hissədə nə baş verdiyini anlaya bilmədik. Belə vəziyyətlə birinci dəfə idi ki, qarşılaşırdıq.

"Report" xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" - "Bayer 04" matçından sonra jurnalistlərə açıqlamasında Almaniya klubunun kapitanı Conatan Ta bildirib.

Müdafiəçi hesabda geri düşmələrinə baxmayaraq, ruhdan düşmədiklərini vurğulayıb: "Oyuna necə başlamağımız rekordlardan daha vacibdir. İki qol buraxdıqdan sonra özümüzü həm məyus, həm də qəribə hiss etdik. Amma sınmadıq. "Qarabağ"ın gücündən xəbərdar idik. Onları ilk hissədə dayandıra bilmədik. İkinci hissədə isə meydanda üstün tərəf biz idik və oyuna diqtə etməyi bacardıq".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.