Rəvan Həsənov: Qərb ölkələri müsəlmanları təcrid edir və onlara qarşı diskriminasiya siyasəti həyata keçirir

Rəvan Həsənov: Qərb ölkələri müsəlmanları təcrid edir və onlara qarşı diskriminasiya siyasəti həyata keçirir

Qərb ölkələri müsəlmanları təcrid edir və onlara qarşı diskriminasiya siyasəti həyata keçirir.

"Report" xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, islamofobiya müasir dünyanın acı reallığıdır: "İnsanların inanclarına görə təcrid olunması bu günümüzü daha da çətinləşdirir. Özünü liberal dəyərlərin carçısı kimi göstərən Qərb ölkələri müsəlmanları təcrid edir və onlara qarşı diskriminasiya siyasəti həyata keçirir. Lakin biz birlikdə sülh içində yaşaya bilərik. Bütün bunlar Azərbaycanı narahat etməyə bilməz, çünki özünü islam dünyasının bir parçası hesab edir. Multikultural dəyərlərə sahib çıxan ölkələrdən biri olan Azərbaycanın bu gün ev sahibliyi etdiyi konfransdan sonra düşünürəm ki, addımlarımız daha kordinasiyalı ola bilər. Bu konfrans heç bir siyasi məqsəd daşımır, elmi praktiki konfransdır. Düşünürəm ki, konfrans bu mövzuda daha məhsuldar çalşmağımıza töhfə verəcək".