İƏT rəsmisi: Bu günlərdə dini mətnlər, müqəddəs yazılar murdarlanır, ibadət yerlərinə basqınlar edilir

İƏT rəsmisi: Bu günlərdə dini mətnlər, müqəddəs yazılar murdarlanır, ibadət yerlərinə basqınlar edilir

Bu günlərdə dini mətnlər, müqəddəs yazılar murdarlanır, ibadət yerlərinə basqınlar edilir.

"Birxeber.Az" xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

O, İƏT adından ksenofobiyanın və islamofobiyanın qlobal sülhə təhlükəsini daimi xatırlatdığı üçün Azərbaycana minnətdarlığını bildirib: "İƏT bugünkü tədbirin nəticələrini səbirsizliklə gözləyir. Dünyada dinc və yanaşı yaşamaq hər kəsin haqqıdır. Bu günlərdə dini mətnlər, müqəddəs yazılar murdarlanır, ibadət yerlərinə basqınlar edilir. Bütün bunlarla birgə mübarizəyə ehtiyac duyulur. Biz bu nifrətə qarşı mübarizə üçün əlimizdən gələni əsirgəməməliyik. İƏT olaraq beynəlxalq təşkilatları, ictimaiyyət nümayəndələrini islamofobiya ilə mübarizədə öz dəstəklərini əsirgəməməyə çağırırıq. Çünki islamın baş verən mənfi hadisələrlə heç bir əlaqəsi yoxdur".