G20 Dinlərarası Dialoq Forumunun prezidenti: İslamofobiyaya qarşı cavab tədbirləri genişləndirilməlidir

G20 Dinlərarası Dialoq Forumunun prezidenti: İslamofobiyaya qarşı cavab tədbirləri genişləndirilməlidir

İslamofobiyaya qarşı cavab tədbirləri genişləndirilməlidir.

“Report” xəbər verir ki, bu barədə G20 Dinlərarası Dialoq Forumunun (ABŞ) prezidenti Kol Durham (Cole Durham) Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, islamofobiyanın kifayət qədər tənqid edilməsinə və ciddi işlər görülməsinə ehtiyac var: "Dini zəmində nifrət və ikraha qarşı mübarizə önəmlidir. Biz sadəcə çıxışlar etməli deyilik, dini etiqad və azadlıqlara hörmət bəslənilməsinə təşviq etməliyik. Bütün kobud çıxışlara cavab verilməli, qərəzli münasibətlərə biganə yanaşılmamalıdır. Ümid edirəm ki, həll yollarımızın əhatə dairəsini qarşılıqlı əməkdaşlıq çərçivəsində genişləndirə bilərik”.