Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun proqramı bəlli olub

Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun proqramı bəlli olub

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında VIII turun proqramı bəlli olub.

Azərbaycan Həndbol Federasiyasından "Report"a verilən məlumata görə, qadınların mübarizəsində tur "Bakı" - "Kür" oyunu ilə start götürəcək. Yanvarın 27-də gerçəkləşəcək qarşılaşma saat 10:00-da başlayacaq.

Yanvarın 28-də, saat 10:00-da "İdman Akademiyası" - "Azəryol", 12:00-da isə "Gənclərbirliyi - "Qarabağ" görüşləri gerçəkləşəcək.

Kişilərin yarışında yanvarın 27-də, saat 12:00-da "Təhsil" - "Kür", saat 14:00-da "Qarabağ" - "Azəryol" oyunları baş tutacaq. Növbəti gün isə saat 14:00-da "Dinamo" və "İdman Akademiyası" kollektivləri meydançaya çıxacaqlar.

Bütün matçlar "AHF Arena"da təşkil olunacaq.