Rusiya aviaşirkəti Novosibirskdən Bakıya uçuşları bərpa edib

Rusiya aviaşirkəti Novosibirskdən Bakıya uçuşları bərpa edib

Rusiyanın “S7” aviaşirkəti martın 7-dən ölkənin Novosibirsk şəhərindən Bakıya uçuşları bərpa edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilir ki, uçuşlar hələ ki, həftədə bir dəfə - cümə axşamı günləri həyata keçirilir. Aprelin 3-dən isə aviareyslər həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.