BƏƏ Prezidenti Ramazan bayramı ərəfəsində 700-dən çox məhbusu əfv edib

BƏƏ Prezidenti Ramazan bayramı ərəfəsində 700-dən çox məhbusu əfv edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bu il martın 10-da başlayan müsəlmanların müqəddəs Ramazan ayı ərəfəsində 700-dən çox məhkumu əfv edib.

"Birxeber.Az"un məlumatına görə, bu barədə Əmirliklərin WAM agentliyi məlumat yayıb.

Prezident ölkənin penitensiar müəssisələrindən 735 məhbusun azadlığa buraxılması barədə göstəriş verib. Agentlik onu da qeyd edib ki, dövlət başçısı əfv olunan şəxslərin dövlət qarşısında maliyyə öhdəliklərini ödəyəcəyini vəd edib.

Müsəlman Qəməri təqviminə görə, 2024-cü ildə Ramazan ayı martın 10-da, Günəş batarkən başlayacaq və aprelin 9-dək davam edəcək.