Sudan liderinin oğlu Ankrada qəzaya düşüb, vəziyyəti ağırdır

Sudan liderinin oğlu Ankrada qəzaya düşüb, vəziyyəti ağırdır

Sudan Respublikasının Suveren Keçid Şurasının sədri, general-leytenant Abdel Fattah Al-Burhanın oğlu Mohamed Abdel Fattah Al-Burhan Rəhman Ankarada qəzaya düşüb.

APA xəbər verir ki, o idarə etdiyi motosikletlə avtomobilə çırpılıb.

Hadisə zamanı motosiklet aşıb və Rəhman yerə yıxılıb.

Ağır yaralanan Rəhman təcili yardım maşını ilə Bilkənd Şəhər Xəstəxanasına aparılıb.

Avtomobilin sürücüsü saxlanılıb.