BDU ilə Özbəkistan Astronomiya İnstitutu arasında əməkdaşlıq Memorandumu imzalanıb

BDU ilə Özbəkistan Astronomiya İnstitutu arasında əməkdaşlıq Memorandumu imzalanıb

Bakı Dövlət Universiteti ilə Özbəkistan Elmlər Akademiyasının Astronomiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Birxeber.Az” xəbər verir ki, imzalanma mərasimi Bakı Dövlət Universitetində (BDU) Özbəkistanın Azərbaycanda Elm və Mədəniyyət Günlərinə həsr olunmuş tədbir zamanı baş tutub.

Qeyd edək ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev və Özbəkistan Elmlər Akademiyasının Astronomiya İnstitutunun direktoru Şuxrat Eqamberdiyev iştirak ediblər.

Ş.Eqamberdiyevə BDU-nun rektoru adından Fəxri fərman da təqdim olunub.