ABŞ və Böyük Britaniya Yəmənin hava limanına zərbələr endirib

ABŞ və Böyük Britaniya Yəmənin hava limanına zərbələr endirib

Birləşmiş Ştatlar və Böyük Britaniya husilərin qiyamçı hərəkatı “Ənsar Allah”ın nəzarəti altında olan Yəmənin Hudeydə hava limanına hücum edib.

"Birxeber.Az"un məlumatına görə, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.

Daha əvvəl bildirilib ki, koalisiya qüvvələri Qırmızı dənizin Hodeyda yaxınlığındakı Ras İsa limanı ərazisində yerləşən “Ənsar Allah”ın obyektlərinə hücum edib.

Hücum zamanı ölənlər və ya xəsarət alanlar barədə məlumat verilmir.