KXDR uzaq mənzilli artilleriya təlimlərini keçirib

KXDR uzaq mənzilli artilleriya təlimlərini keçirib

KXDR-i Silahlı Qüvvələri - Koreya Xalq Ordusu Cənubi Koreyanın paytaxtı Seulu vurmağa qadir olan artilleriya qurğularının əməliyyatını keçirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

“Təlimlər düşmənin paytaxtını hücuma keçirərək dövlət sərhədi yaxınlığında müharibənin qarşısının alınması üçün mühüm hərbi tapşırıqları yerinə yetirən uzaqmənzilli artilleriya bölmələrinin nümunəvi atəşi ilə başlayıb. Təlimlər Koreya Xalq Ordusu birləşmələrinin artilleriya bölmələrinin atəş zərbəsi endirmək qabiliyyətini yoxlamaq və qiymətləndirmək məqsədi daşıyır”, - Ordunun mətbuat xidmətindən bildirilib.

Cənubi Koreyanın paytaxtı Seul Şimali Koreya ilə sərhəddən 24 kilometr aralıda yerləşir və Koreya Ordusu bu məsafəni aşan məsafələrə atəş açmağa qadir olan bir neçə top artilleriya sistemini idarə edir.